Özbəkistanda referendumda seçici fəallığı 35,13 faiz təşkil edir 

Özbəkistanda yerli vaxtla saat 11:00-a olan məlumata əsasən, referendumda seçici fəallığı 35,13 faiz təşkil edir.

Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Bəhrom Kuçkarov deyib.

O, seçicilərin yüksək fəallığını qeyd edərək, indiyədək heç bir ciddi qanun pozuntusunun qeydə alınmadığını bildirib.

Qeyd edək ki, bu gün Özbəkistanda ölkənin yeni konstitusiyasına dair qanun layihəsi üzrə ümumxalq referendumu keçirilir.