İranın Sənaye naziri vəzifəsini tərk edir - YENİLƏNİB

Bu gün İranlı nazirin impiçment məsələsinə baxılıb.

APA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

İran parlamenti İranın sənaye, mədən və ticarət naziri Seyid Reza Fatemi Əminə etimadsızlıq göstərib, ona impiçment elan edilib.

Parlamentin üzvlərinin 162 nəfəri nazirin vəzifədən uzaqlaşdırılmasına, 102 nəfər isə vəzifədə qalması üçün səs verib. Nəticədə nazirə etimadsızlıq göstərilib.

Parlamentin iclasında İran Prezidenti İbrahim Rəisi də iştirak edib.

Prezident Rəisinin nazirlə bağlı sərəncam imzalaması gözlənilir.

Beləliklə, sənaye, mədən və ticarət naziri Seyid Rza Fatemi Əmin vəzifəsi ilə vidalaşır.