QANUN GƏLİR: 13 yaşdan kiçik uşaqlara sosial media qadağan olunacaq

  
ABŞ-də 13 yaşından kiçik uşaqlar üçün sosial medianı qadağan edən qanun layihəsi hazırlanıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Senatda 13 yaşından kiçiklər üçün sosial media qadağası ilə bağlı kompromis əldə edilib. 13-17 yaş arası uşaqlar da sosial mediadan istifadə etmək üçün valideyn razılığına ehtiyac duyacaqlar.

Qanun layihəsinin təsdiqlənməsi üçün əvvəlcə Senatda, sonra isə Nümayəndələr Palatasında qəbul edilməlidir. Bundan sonra prezident Bayden də təsdiq etməlidir.

Turan