ABŞ Kremlə hücum iddiaları ilə bağlı açıqlama verdi

Amerika Birləşmiş Ştatları Moskvada mümkün PUA insidentinə dair məlumat toplayır.
Bakupost.az xəbər verir ki, bu barədə CNN ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin gizli mənbələrin bildirdiyinə görə, Kremlə iddia edilən pilotsuz təyyarə hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq edilməyib.
ABŞ hakimiyyətin hələ də nə baş verdiyini anlamağa çalışdığını bildirib.
Qeyd edək ki, Rusiya Kremlə pilotsuz uçuş aparatı ilə hücum edildiyini açıqlayıb.