Kremlə hücumun arxasında ABŞ var - Peskov

Kremlin sözçüsü Dimitri Peskov paytaxt Moskvada jurnalistlərə açıqlama verib.
Bakupost.az xəbər verir ki, sözçü Kremlə edilən hücumda Birləşmiş Ştatları günahlandırıb.
Hücumların arxasında ABŞ-ın olduğunu vurğulayan Peskov, qeyd edib:
“Kiyev hücum vasitələrini seçməkdə həmişə sərbəst deyil. Bu adətən okeanın o tayından müəyyən edilir. Biz bu vəziyyəti yaxşı bilirik. Bu cür terror aktları ilə bağlı qərarlar Kiyevdə yox, Vaşinqtonda verilir. Kiyev də ona deyildiyi kimi hərəkət edir”.
Sözçü həmçinin, hücumların saxta ola biləcəyi ilə bağlı iddialara reaksiya verib:
“ABŞ və Ukraynanın bu hücumu inkar etmək cəhdi gülüncdür”.
O sonda, ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinə qarışmamalı olduğunu vurğulayıb:
“Vaşinqtona hadisədə əli olduğunu anladığımızı və onun münqaişədə birbaşa iştirak etməsinin nə qədər təhlükəli olduğunu bildirmək çox vacibdir. Hər halda ölkəmizin maraqları baxımından düşünüləcək və atılacaq addımlar var”.