Meksika bu ölkəyə hava məkanını bağladı

Meksika casus şarları axtarmaq istəyən ABŞ-yə hava məkanından istifadə etməyə icazə verməyib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksika prezidenti Andres Manuel Lopez Obrador Asiya tərəfdən gəldiyini iddia etdiyi casus şarını axtarmaq üçün icazə istəyən ABŞ-yə hava məkanından istifadə icazəsi vermədiklərini söyləyib.
“Pentaqon Havay adalarından ölkənin hava məkanına daxil olmaq üzrə olan casus şarını təqib etmək üçün pilotsuz uçuş aparatları ilə hava sahəmizə daxil olmaq istədiklərini bildirmək üçün müdafiə nazirimizlə əlaqə saxladı. Onlar şarın Asiya tərəfdən gəldiyinə əmin olduqlarını söylədilər. Cavabımız, “Xeyr, içəri girə bilməzsiniz”, -deyə prezident qeyd edib.