III Çarlzın tacqoyma mərasimi zamanı polis 52 nəfəri saxlayıb


Polis Londonda III Çarlzın tacqoyma mərasimi zamanı ictimai asayişi qoruyarkən 52 nəfəri həbs edib.

Trend-in məlumatına görə, bu barədə polisin açıqlamasında bldirilib.


Saxlanılanlar arasında antimonarxist "Republic" qrupunun üzvləri, o cümlədən onun lideri Qrem Smit və "Just stop oil" ictimai itaətsizlik kampaniyasının 18 fəalı var.