II Elizabetin boyunbağısı ilə Diananın sırğalarını taxdı


Xəbər verdiyimiz kimi, mayın 6-da Kral III Çarlzın tacqoyma mərasimi baş tutub.

Axşam.az xəbər verir ki, mərasimdə diqqət çəkən məqamlardan biri şahzadə Uilyamın həyat yoldaşı şəhzadə Keyt Middltonun aksesuarları olub. O, 1950-ci ildə atası VI Corc tərəfindən monarxa hədiyyə edilmiş mərhum Kraliça II Elizabetin brilyant boyunbağısını və Uilyamın mərhum anası Şahzadə Dianaya məxsus mirvari sırğaları taxıb.

Middlton görünüşünü "Jess Collett x Alexander McQueen" tərəfindən hazırlanmış gümüş və büllur yarpaqlı tacla tamamlayıb.