Slovakiyanın yeni Baş naziri məlum oldu


Lüdovit Odor Slovakiyanın yeni Baş naziri olacaq.

TASS informasiya agentliyi  xəbər verir ki, bu barədə brifinqdə Slovakiya Prezidenti Zuzana Çaputova bildirib. O deyib: “Slovakiya Milli Bankının sədr müavini Lüdovit Odor yeni Baş nazir təyin olunacaq”.

Daha əvvəl Baş nazir vəzifəsini icra edən Eduard Heqer istefa vermək niyyətində olduğunu bildirib. Qanunvericiliyə əsasən, bütün kabinet onunla birlikdə istefa verir.