Netanyahu İsraildə saxlanılan terrorçuların rekord sayını açıqlayıb


Netanyahu İsraildə zərərsizləşdirilən və ya saxlanılan terrorçuların rekord sayını açıqlayıbBenyamin Netanyahu
İlin əvvəlindən İsrail təhlükəsizlik qüvvələri tərəfindən terror fəaliyyətlərində iştiraka görə 110-dan çox insan zərərsizləşdirilib və ya saxlanılıb ki, bu da rekord nəticədir.

“Report” İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu hökumətin həftəlik iclasında bildirib.

“İlin əvvəlindən biz 110-dan çox terrorçunu zərərsizləşdirdik və ya saxladıq. Bunlar rekord rəqəmlərdir”, - o deyib.