İranda SEPAH-ın daha bir korpusunda partlayış 

Tehranın Bəharistan bölgəsində yerləşən İİR İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Mühafizə Qərargahı inqilabçı gənclər tərəfindən yandırılıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar təqdim edib.
Bildirilir ki, son bir həftə ərzində 23 etnik bəluc gənc molla rejimi tərəfindən edam olunub. Gənclər buna cavab olaraq, SEPAH-ın “Seyyid əş-Şühəda” Korpusuna bağlı və Bəsic qüvvələrinə məxsus “Əbülfəzl” bazasını yandırıblar. Bazada ardıcıl partlayışlar eşidilib.
Xatırladaq ki, bir müddət əvvəl SEPAH-ın hazırlıq və dəstək mərkəzində partlayış olub.