Avropa Komissiyasının rəhbəri Kiyevdədir - FOTO

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen Ukrayna paytaxtına səfər edib.
Oxu.Az-ın məlumata görə, bu barədə o, özünün “Twitter” hesabında yazıb.
“Çox qiymətləndirdiyimiz dəyərlərin hər gün qorunduğu Kiyevə qayıtdığım üçün şadam”, - deyə AK rəhbəri bildirib.
Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenskinin 9 Mayı Avropa Günü kimi qeyd etmək qərarını alqışladığını da vurğulayıb.
“Bura Avropa Gününü qeyd etmək üçün çox münasib yerdir”, - deyə o əlavə edib.