İranda daha 7 nəfər edam edildi

İranın Kərəc şəhərində 7 nəfər edama məhkum edilib.
Bakupost.az xəbər verir ki, Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı bu hökmün icra edildiyini açıqlayıb.
Kərəcin Rəcai Şəhər həbsxanasında 4 nəfər təcavüz ittihamı ilə, Kərəc Gezel Hisar həbsxanasında isə 3 nəfər narkotik maddədən istifadəyə görə edam edilib.
Bununla bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk dünən açıqlama verib.
Açıqlamada bildirilib ki, İranda ilin əvvəlindən bu yana ən azı 209 nəfər edam edilib.
Türk, İran hakimiyyətini ölüm hökmünü ləğv etməyə və ya bütün edamları dayandırmağa çağırıb.