ABŞ Gürcüstanı hədələdi:Rusiya ilə uçuşları bərpa etdiyinə görə

ABŞ Rusiya ilə uçuşları bərpa edəcəyi təqdirdə Gürcüstana sanksiyalar tətbiq edəcəyi barədə xəbərdarlıq edib.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentindən bildiriblər.
ABŞ tərəfi xatırladıb ki, ABŞ və Avropa İttifaqı ölkələri, xüsusən də Rusiya təyyarələrinin onların hava məkanına daxil olmasını qadağan edib.
“Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar bərpa olunarsa, bu, idxal və ixrac nəzarəti altında olan təyyarələrə xidmət göstərən Gürcüstan aviaşirkətlərinə qarşı sanksiyaların mümkünlüyü ilə bağlı narahatlığımızı artıracaq”, - Dövlət Departamentinin açıqlamasında deyilir.
Qeyd olunur edilir ki, bütün sivil dünya “Putin rejimi”ndən uzaqlaşmağa çalışır. Dövlət Departamenti Rusiya Federasiyasının Gürcüstan ərazisinin 20%-ni işğal etdiyini də xatırladıb:
“Gürcü xalqı üçün Putinin Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş ərazisindən qoşunlarını çıxarması birbaşa uçuşların bərpasından və ya viza rejiminin ləğvindən daha yaxşı olardı”, - Dövlət Departamenti bildirib.
RİA Novosti agentliyi isə bu gün öz mənbələrinə istinadən bildirib ki, Rusiya aviaşirkətlərinin gələn həftədən Gürcüstana uçuşlara başlaya bilər.