Məhərrəm İncə: Mən namizədliyimi geri götürürəm


Türkiyədə Məmləkət Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Məhərrəm İncə namizədliyindən geri çəkildiyini açıqlayıb. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, İncə, “Mən bunu ölkəm üçün edirəm. Saraydan pul götürüb, geri çəkilə bilmir deyənlərə səslənirəm. Mən bu süjetlərdən, bu saxta qəbzlərdən, montajlardan qorxmuram.'' deyə bildirib.