Britaniya vəd etdiyi bütün tankları Ukraynaya verdi

Böyük Britaniya hərbi yardım çərçivəsində vəd etdiyi bütün "Challenger 2" tanklarını Ukraynaya təhvil verib.
Bakupost.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles məlumat verib.
O qeyd edib ki, tanklar Ukraynada yoxlanılıb və hərbçilər ondan istifadə etməyə başlayıb.
Xatırladaq ki, Britaniya əvvəlcə Ukraynaya 14 “Challenger 2” tankı təhvil verəcəyini vəd edib, lakin Zelenskinin səfərindən sonra London tankların sayını iki dəfə çoxunu çatdırmaq qərarına gəlib.