ABŞ-a səyahət qaydalarında dəyişiklik edilib

ABŞ-a səyahət qaydalarında dəyişiklik edilib.
"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.
Belə ki, qeyri-mühacir vizaları ilə ABŞ-a hava yolu ilə səyahət edən vətəndaşlardan təyyarəyə minməzdən əvvəl COVID-19-a qarşı tam peyvənd olunmaları barədə sənəd tələb olunmur.