Donald Tramp tornado təhlükəsi ilə əlaqədar mitinqini ləğv edib


Ayova ştatında keçirilməsi planlaşdırılan mitinq tornado təhlükəsi səbəbindən ləğv edilib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində bildirib.

“Təəssüf ki, De Moinesdə tornado təhlükəsi səbəbindən bugünkü mitinqi ləğv etmək məcburiyyətindəyik”, - deyə Tramp yazıb.

Siyasətçinin sözlərinə görə, hakimiyyət ondan mitinqi ləğv etməyi xahiş edib, onlar ona tədbirin vaxtını dəyişməyi təklif ediblər.

Tramp mitinqin yeni tarixinin tezliklə elan ediləcəyini söyləyib.