Təsdiq edildi: Damı deşərək evə düşən obyekt 4,5 milyard illik meteoritdir!

Ötən həftə ABŞ-da bir evin damına düşən təxminən 1 kq-lıq obyektin 4,5 milyard illik meteorit olduğu açıqlanıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, "Nyu Cersi" Universitetinin alimləri mayın 9-da Nyu Cersidə bir evin damını deşərək evin içinə düşən daşın 4,5 milyard illik meteorit olduğunu açıqlayıb.


Fizika üzrə professor Nate Magee açıqlamasında , "Vizual yoxlama, sıxlıq ölçmələri, skan edilmiş elektron mikroskop şəkilləri və təqaüdçü meteorit mütəxəssisi Cerri Delaninin araşdırması və məlumatlarına əsaslanaraq, obyektin xondrit meteorit olduğunu təsdiqləməkdən məmnunuq" deyə bildirib..

Kosmosdan düşən meteoritin yaxından tədqiq edilməsinin son dərəcə nadir olduğunu bildirən professor bunları əlavə edib:. "Biz obyektin əla vəziyyətdə olan əsl xondrit meteorit olduğunu təsdiq edə bildiyimiz üçün həyəcanlıyıq və elmə məlum olan çox az sayda oxşar xondritenin şahidi olacağıq" .