Zelenskinin Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşü başlayıb

Ukrayna prezidenti Vladimir Zelenski almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşür.

APA xəbər verir ki, Ukrayna liderinin Almaniya prezidentinin iqamətgahına gəlişinin görüntüləri n-tv kanalı tərəfindən yayılıb.

Zelenskinin səfər proqramı gizli saxlanılır.

Qeyd edək ki, əvvəllər onun mayın 13-14-də Almaniyaya səfəri ilə bağlı mətbuatda ancaq qeyri-rəsmi məlumat var idi.