Qadın səsvermə zamanı ürək tutmasından dünyasını dəyişib

Trabzonda səsvermə zamanı  qadın dünyasını dəyişib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Trabzonun Akçaabat rayonunda səsvermədə iştirak edən yaşlı qadın infarkt keçirərək dünyasını dəyişib.

Məlumata görə, rayonun Derecik məhəlləsində 75 yaşlı Aysel Ulusoy yaxınları ilə birlikdə Derecik Çevreli Məscidinin salonunda 1093 saylı seçki qutusuna səs vermək üçün gəlib.

Səsvermə kabinəsinə daxil olaraq səsindən istifadə edən Ulusoy qəfildən halı pisləşib. Ulusoy ətrafdakıların ilk müdaxiləsindən sonra xəstəxanaya aparılmağa çalışarkən hadisə yerində keçinib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Turan