Devlet Bahçeli Ankarada səs verib

Türkiyenin Milliyətçi Hərəkət partiyası (MHP) sədri Devlet Bahçeli ölkədə keçirilən prezident və parlament seçkilərində səs verib.

APA-nın TurkicWorld-a istinadən məlumatına görə, Devlet Bahçeli Ankarada səs verib.

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilərdə 3 namizəd iştirak edir.