110 yaşlı Safiye nənə səs verdi 

Zonquldakın Gökçebey rayonunda yaşayan 110 yaşlı Safiye Kurtoğlu ailəsinin köməkliyi ilə qeydiyyatda olduğu məktəbə gedərək səs verib. 


Sherg.az türk mediasına istinadən xəbər verir ki, Gökçebəy rayonunun Hacımusa kəndində səsvermə saat 08:00-da başlayıb.

Kənddə səs vermək üçün məktəbə gələn vətəndaşlar şəxsiyyət vəsiqələrini seçki qutusu komissiyalarının sədrlərinə göstərərək bülletenləri alıblar.

Kənddə yaşayan 110 yaşlı Safiye Kurtoğlu səs vermə hüququndan istifadə etmək üçün seçkiyə gedib. Yaşar Kurtoğlu anasına kömək etdiklərini və onu məntəqəyə gətirdiklərini bildirib.