Kılıçdaroğlu səs verib


“Bütün vətəndaşları seçki məntəqələrinə dəvət edirəm”.

“Report” xəbər verir ki, bunu “Millət İttifaqı”nın prezidentliyə namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu prezident seçkilərinin ikinci turu üzrə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, seçki prosesi gərgin mühitdə davam edir: “Səs verən bütün vətəndaşlara təşəkkür edir, minnətdarlığımı bildirirəm”.