Bill Qeytsin tövsiyə etdiyi kitablar, musiqi və filmlər maqarla qarşılanıb

Bill Qeyts yay mövsümündə oxunmalı kitablar, dinlənilməli musiqilər və izlənilməli filmlərin siyahısını paylaşıb. Dünyanın ən varlı adamlarından birinin tətil günləri üçün tövsiyə etdiyi kitablar, musiqi və filmlər maqarla qarşılanıb. Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İndiyədək Bill Qeyts yalnız kitablarla bağlı tövsiyə verirdi.

 Bu il isə kitablarla yanaşı musiqi dinləyib, film izləməyi də məsləhət görüb. B.Qeytsin tövsiyə etdiyi kitablar arasında "Tomorrov, and Tomorrov, and Tomorrov" və "Born in Blackness" yer alır. Qabriella Zevinin "Tomorrov, and Tomorrov, and Tomorrov" kitabı video-şirkət quran iki dostun hekayəsidir. Hovard Frençin "Born in Blackness" kitabı isə Afrika tarixindən bəhs edir. Filmlərdən "Borgen" dizini məsləhət görən B.Qeyts bu filmi 4 mövsümdür izlədiyini deyib: “Çox əyləncəli filmdir. Onu izləyərkən həm əyləndim, həm də çox şey öyrəndim”. B.Qeytsin musiqi siyahısında isə 34 mahnı var. Siyahıda Adel də var, Ed Sheeran da.