Bağırsaqları aclıqdan deşilib: PKK terrorçularının görüntüləri ortaya çıxdı

Mehmetçiyin İraqın şimalında həyata keçirdiyi “Pəncə-Kilid” əməliyyatı davam edir. Əməliyyat zamanı mağaradan çıxaraq təslim olan terrorçuların görüntüləri səfalət içində yaşadıqlarının sübutudur. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, Türkiyə komandoları terrorçuların gizləndiyi mağaraları təsbit edir. Türkiyə Silahlı Qüvvələrinin apardığı məqsədyönlü əməliyyatlardan xilas ola bilməyəcəklərini anlayan terrorçular təslim olurlar. Türkiyə Milli Təhlükəsizlik Nazirliyi bu günlərdə Hale dağında keçirdiyi antiterror əməliyyatı nəticəsində təslim olan 2 terroçunun görüntülərini paylaşıb. Biri qadın olan 2 terrorçunun səfalət içində olduğu görünür. Terrorçular aclıqdan addım atmağa belə çətinlik çəkirlər. Görünən budur ki, terrorçular gizləndikləri yerdə taleyin ümidinə buraxılıblar. Aparılan tibbi müayinələr zamanı terrorçulardan birinin aclıqdan bağırsaqlarının deşildiyi müəyyənləşib. “TRT Haber”də yer alan bilgiyə görə, digər fotolarda PKK/KCK-nın “Yürütmə Konseyi eşbaşkanı” kod adı “Cuma” olan terrorçununsa isti yeməklərlə dolu süfrə başında əyləşdiyi əks olunub.