8 milyard dollar sərmayə qoyub

Səudiyyə Ərəbistanı gözünü oyun və elektron idman sektoruna dikib

Səudiyyə Ərəbistanı neftdən asılılığı azaltmaq strategiyası çərçivəsində oyun sektorunda fəaliyyət göstərən şirkətlərə son 18 ayda 8 milyard dollar sərmayə qoyub. 

 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, SƏ dünya neft ehtiyatlarının 5-də 1-nə sahib ölkədir. Bununla belə gözünü oyun və elektron idman sektoruna dikib. Səudiyyə Ərəbistanı Maliyyə Fondunun başqanı, vəliəhd şahzadə Muhammed bin Salman “Savy Games Group”a 38 milyard dollar maliyyə yardımı ayrıldığını deyib. Fondun özü 650 milyard dollar sərmayəyə malikdir. Və bunun böyük bir hissəsini də oyun sektoruna yönəltməyi planlaşdırırlar.

 “Savy Games Group”un sərmayələri arasında Çinli VSPO, İsveçdən EMBRACER Group və ABŞ-dən “Scopely” də var. 2030-cu ilədək ölkədə 250 oyun firmasının fəaliyyət göstərməsi, 39 min yeni iş yeri imkanın yaradılması hədəflənir. SƏ əhalisinin 70 faizi 35 yaşdan aşağı olanlar təşkil edir. Ona görə də internet oyunlarına və e-idmana maraq böyükdür. Şahzadə Muhammed bin Salman özü də oyun azarkeşidir.