"Cəhənnəm bundan yaxşıdır” -  Ukraynalı məhbuslar cib bıçağı ilə axtalanır

Ruslar tərəfindən əsir alınmış ukraynalı əsgərlərin əsir düşərgəsində yaşadıqları qan dondurur. Rəsmi Moskva işgəncə faktlarını təkzib etməyə çalışsa da, əsrilikdən azad edilən ukraynalı 2 əsirin danışdıqları dəhşətlidir.

 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü başlanandan bu günədək əsir alınmış ukraynalı əsgərlərə olmazın işgəncələr verilib. Əsirlikdən azad olunaraq xarici ölkərlərdən birinə sığınmış ukraynalı 2 əsgər başlarına gətirilən dəhşətli işgəncələr barədə İngiltərədə yayımlanan  “Daily Express” qəzetinə danışıb. Müharibə başladıqda birinin 24, digərinin 27 yaşı var. Onlar da digər ukraynalılar kimi orduya yazılıb və düşmənə qarşı döyüşlərdə iştirak ediblər. Və Donetsk vilayətinin Mariupol şəhərində rus əsgərləri tərəfindən əsir alınıblar. Əsgərlər əsir düşərgəsində həyatlarının ən qorxunc, iyrənc günlərini yaşadıqlarını, ağır işgəncələrə məruz qaldıqlarını, özlərini əsl cəhənnəmdə hiss etdiklərini deyiblər. 


Qəzetin yazdığına görə, ukraynalı bu 2 əsgər əsirlikdən azad olunsalar da başlarına gətirilən dəhşətli hadisələri unuda bilmirlər. Əsirlikdəki əsgərlər ölmür, öldürülmür, amma ölmək, onlara yaşadılan işgəncələrdən daha asan və yüngüldür. Əsgərlərin dediyinə görə, ruslar çox içki qəbul edir, sərxoş olur və sərxoş vəziyyətlərində də ukraynalı əsgərlərlə vəhşicəsinə davranırlar. Əsgərlərdən biri qəzetə müsahibəsində “sərxoş rus əsgərləri ukraynalı əsgərləri xədim edir. Və bunu cib bıçağı ilə etməyə çalışaraq əsirlərə həyatları boyunca unuda bilməyəckləri işgəncə, qorxu yaşadırlar”, söyləyib. Onlardan biri 1 il 5 ay, digəri isə 3 ay rus əsirliyində qalıb. Əsirlərin dəyişdirilməsi nəticəsində ölkələrinə təhvil veriliblər.  Ölümdən də betər dəhşətdən xilas olan əsirlər psixoloji durumlarının normallaşması üçün psixoloji seanslara aparılır.  Onlarla məşğul olmuç psixoterapevt, 41 yaşlı Anzhelika Yatsenko,  iki dostun yaşadığı dəhşət haqqında “cəhənnəmdən də betər, cəhənnəm bundan yaxşıdır” ifadələrini söyləyib. Psoterapevt deyib ki, əsirlikdən azad olunanlar müalicə alsalar da yenə gərginlik içindədirlər və hətta sui-qəsdə əl atırlar. “Onlarla ilk seansdan sonra dəhşətə gəldim və ayaqyoluna gedib orada hıçqıra-hıçqıra ağladım” deyən psixoterapevt onların danışdıqlarını unuda bilmədiyini söyləyib.