Əfqanıstanda partlayış baş verib

Əfqanıstanın şərqində yerləşən Xost əyalətində güclü partlayış baş verib.

APA xəbər verir ki, bu barədə yerli “TOLOnews” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hadisə ilə bağlı yerli hakimiyyət orqanları şərh verməyib.

Baş vermiş partlayış nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.