Qazaxıstan Rusiya ilə sərhəddə yeni məntəqələr tikir

Qazaxıstan Rusiya ilə sərhəddə 20 yeni sərhəd məntəqələri tikir.

APA xəbər verir ki, bunu Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Xidmətinin Sərhəd Mühafizəsi Departamenti rəisinin birinci müavini Serik Axmetkaliyev bildirib.

Onun sözlərinə görə, Qazaxıstanın “Təhlükəsiz ölkə” milli layihəsi çərçivəsində 50 yeni sərhəd zastava kompleksinin tikintisi nəzərdə tutulub və həmin layihəyə əsasən ölkənin şimal hissəsində, Rusiya ilə sərhəddə 20 sərhəd məntəqəsi tikilir.

Həmçinin əlavə olunub ki, cənub sərhədlərində üç modul tipli sərhəd zastavasının tikintisi davam etdirilir.