"Barbie" ən çox gəlir gətirən film oldu

"Barbie" filmi ABŞ-də 537,5 milyon dollar gəlir əldə edib.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Beləliklə, ekran işi ABŞ-də "Warner Bros." studiyasının ən çox gəlir gətirən filmi olub.

Film rejissor Kristofer Nolanın 2008-ci ildə 536 milyon dollar gəlir əldə edən "Qaranlıq cəngavər" filmini keçib.

Qeyd edək ki, rejissor Qreta Qerviqin lentə aldığı "Barbie"də baş rolları Marqo Robbi və Rayan Qoslinq canlandırıb. Premyerası iyulun 19-da olan film təkcə ilk həftəsonunda 356 milyon dollar gəlir əldə etmişdi.