İranda hökumət mollası və polis əməkdaşı öldürüldü

İranda hökumət mollası və polis əməkdaşı öldürülüb.
Bakupost.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.
Bildirilir ki, İranın Əhvaz şəhərində Kumeyl Əhmədi adlı hökumət mollasının cəsədi üç gün sonra Karun çayında tapılıb.
Məlumata görə, Hormozqan əyalətində isə Övlad Hüseynzadə adlı polis əməkdaşı silahlı şəxslərlə toqquşmada öldürülüb.