Nejat İşlər təcili xəstəxanaya yerləşdirildi

Türkiyəli aktyor Nejat İşlər təcili xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, buna səbəb aktyorun həddindən artıq spirtli içki qəbul etməsi olub.

Belə ki, 2014-cü ildə 95 gün müddətində reanimasiyada qalan Nejatın əl və ayaq barmaqlarının ucları kəsilmişdi. Lakin buna baxmayaraq spirtli içkidən imtina etməyən aktyor yenidən eyni səbəbdən xəstəxanalıq olub. 

Hazırda onun vəziyyəti və nə zaman xəstəxanadan buraxılacağı ilə bağlı məlumat yoxdur. 

Bununla belə "Sabah Gazetesi"ndə yer alan məlumata görə, Nejat "Aile" serialının çəkilişlərinə qatılmaya bilər.

"Nə vaxt xəstəxanadan buraxılacağı bəlli deyil. Lakin ikinci mövsümünə start verən serialının çəkilişlərinə qayıtması çətin görünür" deyə, məlumatda yazılıb.

Qeyd edək ki, 51 yaşlı aktyor daha əvvəl də spirtli içki qəbul etdiyi üçün rol aldığı ekran işlərindən uzaqlaşdırılmışdı.