İran Prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək

İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfər edəcək.

APA xəbər verir ki, bu barədə İranın “Etemad” qəzeti məlumat yayıb.

Səfərdə məqsəd İslam Əməkdaşlıq Təşkilatının (İƏT) noyabrın 12-də Ər-Riyadda keçiriləcək fövqəladə sammitində iştirak etməkdir.