Lukaşenko Pekində Si Cinpinlə görüşüb

Pekində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında görüş keçirilib.
APA xəbər verir ki, bu barədə "BelTA" nəşri məlumat yayıb.
Tərəflər ticarət-iqtisadi, investisiya və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edib.