Qəzzada ölən İsrail hərbçilərinin sayı 398 nəfərə çatıb

Qəzzada ölən İsrail hərbçilərinin sayı 398 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə “The Times of İsrael” nəşri yazıb.

İsrail Müdafiə Qüvvələrinin 2 hərbçisi dünən Qəzza zolağında gedən döyüşlərdə öldürülüb və bununla da ordu Qəzzada 398 hərbçisinin itirib.

Qeyd olunub ki, onlardan 72 nəfəri orada həyata keçirilən yerüstü hərbi əməliyyatlarda öldürülüb.