Nazarbayev yeni kitabını Putinə hədiyyə olaraq göndərib

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev kitabını Vladimir Putinə hədiyyə olaraq göndərib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə “müəllifin nüsxəsi” Rusiya prezidentinə təhvil veriləcək.
Qeyd edək ki, Nazarbayevin dekabrın 1-də “Mənim həyatım. Asılılıqdan azadlığa" adlı memuarı nəşr olunub. Kitabda Putinə həsr olunmuş fəsli var. Memuarda Qazaxıstanın eks-prezidenti hakimiyyəti necə ötürmək qərarına gəldiyindən və ikinci ailəsindən də danışıb.