"TikTok"u gözləyən böyük təhlükə: Son 24 saat qaldı

Universal Music Group (UMG) hələ də "TikTok" ilə razılığa gəlməyib, halbuki cari razılaşmanın son 24 saatı bağlanıb. Musiqi şirkəti sosial media platformasının sənətçilərə və mahnı müəlliflərinə çox az maaş verdiyini iddia edir.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, dünyanın ən böyük musiqi şirkətlərindən biri olan Universal Music Group (UMG) məşhur sosial media platforması "TikTok" ilə gərgin danışıqlar aparır.

UMG iddia edir ki, "TikTok"-un sənətçilərə və mahnı müəlliflərinə təklif etdiyi ödəniş dərəcəsi digər sosial media platformaları ilə müqayisədə çox aşağıdır.

Musiqi şirkətinə Taylor Svift və Harry Styles kimi məşhur sənətçilər daxil olsa da, hər iki şirkət arasında razılıq əldə olunmasa, sənətçilərin mahnılarını "TikTok"-dan siləcək. Hazırkı müqavilə 24 saatdan sonra başa çatır.

Çinin "ByteDance" şirkətinə məxsus olan "TikTok", istifadəçilərə tez-tez lisenziyalı musiqi ilə müşayiət olunan səs effektlərini əks etdirən qısa videolar yaratmağa imkan verən sosial media platformasıdır.

UMG daxilindəki sənətçilər aşağıdakılardır:

Drake
Beatles
Blackpink
Frank Sinatra
Nirvana
Queen
Rammstein
The Weeknd
Rolling Stones
Elton Con
Eminem
Lady Gaga
Billie Eilish
Justin Bieber
Ariana Grande
Kanye West
Katy Perry
Shavn Mendes
Metallica
Selena Qomez
Kendrick Lamar
Sam Smith
Andrea Bocelli
Rihanna
Post Malone
Taylor Svift
Amy Vinehouse