İran-İsrail savaşı: ABŞ Türkiyədən vasitəçi olmasını istədi

Türkiyənin Milli İstehbarat Təşkilatının (MİT) rəisi İbrahim Kalınla ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns arasında telefon danışığı olub.

Axar.az xəbər verir ki, bu barədə “TRT Haber" məlumat yayıb.

“Börns türkiyəli həmkarına zəng edərək ondan İranla İsrail arasında vasitəçi olmasını istəyib”, - deyə bildirilib.

Eyni zamanda, Kalın və Börns Qəzzada atəşkəs danışıqları ilə bağlı da fikir mübadiləsi aparıblar.

Kalın telefon danışığından sonra HƏMAS nümayəndələri ilə təmasda olub.