Rusiya və Tacikistan birgə hərbi təlimlərə başlayıb

Tacikistanın Xatlon vilayətində Rusiya və yerli silahlı qüvvələrinin birgə ikitərəfli təlimi başlayıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimlər dağlıq ərazilərdə keçiriləcək və aprelin 18-dək davam edəcək. Manevrlər zamanı iştirakçılar terrorçuların məhv edilməsi, eləcə də silahlı birləşmələrin hücumu zamanı sərhədin qorunması ilə bağlı tapşırıqları yerinə yetirəcəklər.