ABŞ-nin təsdiq etdiyi hərbi paket çərçivəsində yardım artıq Ukraynaya gəlməyə başlayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Zelenski konkret nəyin gəldiyini açıqlamayıb.
“Ancaq təəssüf ki, hər şey ordumuzu və müvafiq sayda briqadaları təmin etmək üçün kifayət deyil”, - Zelenski vurğulayıb.
O, təhlükəsizlik sazişlərinin imzalanmasının vacibliyindən də danışıb və əlavə edib ki, təhlükəsizliyi təmin edən sənədlər həqiqətən onlara çox kömək edir.