Lukaşenko Rusiyada dəbdəbəli iqamətgah tikdirir

Belarus Prezidenti Aleksandr Lukaşenko Soçi yaxınlığında dağlarda dəbdəbəli iqamətgah inşa etdirir.
Axar.az xəbər verir ki, bu barədə “Belsat” agentliyi məlumat yayıb.

Məlumata görə, iqamətgah elit kurort hesab olunan Krasnaya Polyanada 97 min kvadratmetrdən çox ərazidə tikiləcək.

“Krasnodarqrajdanproyekt” şirkətinin inşa edəcəyi iqamətgahda banket zalı, soyuq qəlyanaltılar və isti yeməklər üçün ayrıca mətbəxlər, yeməkxana, rus və türk hamamları, hovuz, massaj otaqları, fitnes mərkəzi və mühafizə otaqları olacaq.

İqamətgahda PUA-lardan mühafizə sistemləri də quraşdırılacaq.

Bildirilib ki, iqamətgahın tikiləcəyi ərazi Lukaşenkoya 2022-ci ilin fevralında satılıb.