Avropada demokratiya böhranı başlayıb - Kobaxidze

Avropa Parlamentinə keçirilən son seçkilər AB-də demokratik böhranın əlamətlərini ortaya qoydu.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Seçkilərdən sonra müəyyən dəyişikliklər olacaq. Hərçənd mahiyyətcə hadisələr əvvəlki kimi inkişaf etməyə davam edəcək. Bircə bunu demək olar: Bu seçkilər nəticəsində böhrana zəmin yaranıb. Bu, bir növ demokratik böhrandır. Əminəm ki, Avropa ortamüddətli perspektivdə bu böhrandan çıxacaq”, - Kobaxidze bildirib.

Qeyd edək ki, iyunun 6-dan 9-dək AB ölkələrində Avropa Parlamentinə seçki keçirilib. Səsvermə nəticəsində sağçı və ifrat sağçı partiyalar bir çox AB ölkələrində mövqelərini gücləndiriblər.