
Rusiya - Ukrayna arasında sülh müqaviləsi olmayacaq - ŞƏRH
Yusif Nəzərli
09:01 28.03.2025
Gündəm
386
ABŞ aprelin 20-dək Ukraynada atəşkəs razılaşmasına nail olmaq istəyir. Bu barədə "Bloomberg" adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb. Məlumatda qeyd olunub ki, Ağ Ev həm Qərb, həm də pravoslav kilsələrində bu il Pasxa bayramı olan 20 aprel tarixinə qədər atəşkəs razılaşması əldə etməyi hədəfləyir, lakin bu müddətin dəyişə biləcəyini qəbul edir. Ukrayna Prezidentinin ofisi rəhbərinin müavini Pavel Palisa Səudiyyə Ərəbistanında keçirilən danışıqlar haqqında açıqlama verərək, ABŞ tərəfini Rusiyanın vaxt qazanmağa çalışacağı və əlavə şərtlər irəli sürəcəyi barədə xəbərdar etdiklərini bildirib.
Palisanın sözlərinə görə, Ukrayna və ABŞ bu danışıqlarda enerji obyektlərinə və Xəzər dənizində atəşkəsə dair razılığa gəlib. Atəşkəs ABŞ ilə birgə bəyanatın yayımlandığı andan qüvvəyə minəcək: "Biz ABŞ komandasını xəbərdar etmişdik ki, ruslar vaxt qazanmaq və əlavə şərtlər irəli sürmək niyyətindədir. Bu, bir daha sübut edir ki, məhz ukraynalılar ədalətli və real sülhə can atırlar. Bizə qarşılıqlı atəşkəs maraqlıdır və razılaşmalar pozularsa, dərhal cavab verəcəyik. Həm də 'qırmızı xətlər' məsələsinə gəldikdə, heç bir ərazi güzəşti müzakirə olunmur. Bura bizim torpağımızdır və biz onu qorumağa davam edəcəyik. Atəşkəsin nəzarət mexanizmlərinin və təhlükəsizlik zəmanətləri almanın effektiv yolları üzərində işləməyə davam edirik, çünki düşmən tərəfə etimadımız yoxdur". Bundan əvvəl Ukrayna prezidenti V.Zelenski bəyan etmişdi ki, bu gün heç bir sülh planı yoxdur. Çünki Ukrayna, ABŞ və avropalı tərəfdaşlar heç nə ilə bağlı razılığa gəlməyiblər. Bununla belə, Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlar sülh prosesinin sürətlənə biləcəyinə dolayı sübutdur. Onlar fevralın sonuna qədər Tramp və Vladimir Putin arasında görüşlə yekunlaşa bilər.

ReAL Partiyasının sədri Natiq Cəfərli "Sherg.az"a deyib ki, əsas məsələ atəşkəsdən sonra hansı tərəfin nə əldə edəcəyi, nəyə nail olacığıdır. Ekspert bildirib ki, atəşkəs sülh müqaviləsi deyil:
"Əslində atəşkəsin əldə olunması da texniki baxımdan çox çətindir. Çünki 2 nin km.lik bir cəbhə xəttindən söhbət gedir. Bunun monitorinqi, qarşılıqlı ittihamlar və s. məsələlər var. İndi əsas məsələ ondan ibarətdir ki, heç bir tərəf məğlub tərəf kimi atəşkəsi imzalamaq istəmir. Müharibə pat vəziyyətinə gəlib. Rusiya bir sıra torpaqları işğal erməkdən başqa qarşısına qoyduğu məqsədlərə çata bilmədi. Rusiyanın əsas məqsədi Ukraynada rusyönümlü bir hakimiyyət formalaşdırmaq və NATO-nun genişləndirilməsinin qarşısını almaq idi. Ancaq bunun əksi baş verdi, NATO sərhəd olaraq iki dəfə genişləndi. Əvvəl 1400 km. idi, indi 2400 km.dir. Baltik dənizi NATO-nun daxili dənizidir. Rusiyanın ora çıxış imkanları məhduddur. Rusiyanın Qara dənizə çıxmaq imkanları belə məhdudlaşıb. Üstəlik, Ukraynanın denatifikasiyası, demilitarizasiyası da nəzərdə tutulurdu. Müharibə aparan, bu qədər dağıntıya məruz qalan bir ölkədə heç bir hakimiyyət bunu qəbul etməz. Ona görə də Kremlin öz xalqına sata biləcəyi bir hədiyyə, "qələbə" ritorikası lazımdır. Bu da işğal olunmuş torpaqlardan istifadə olunacağı deməkdir. Ukraynanın vəziyyəti isə ağırdır. Əvvəl 1991-ci il sərhədlərindən söhbət gedirdi, sonra 2014-cü il sərhədlərinin bərpası gündəmə gəldi. Daha sonra isə heç olmasa 2022-ci ilin fevral ayına kimi olan vəziyyəti geri qaytarmaq istədilər. Bunların heç biri alınmadı. Kiyevin məqsədi odur ki, işğala məruz qalmış torpaqlarını de-yure qəbul etməsin. SSRİ zamanı Baltikyanı ölkələri dünya de-yure yox, de-fakto tanıyırdı. Eyni qəliz mexanizmin Ukrayna üçün də keçərli olması mümkündür. Əfsuslar ki, indiki halda Ukrayna sona qədər mübarizə aparmaq qərarına gəlsə yenə məğlub durumda olacaq. O baxımdan atəşkəs zəruridir. Amma əminəm ki, sülh müqaviləsi olmayacaq. Necə ki, bugün iki Koreya, Rusiya-Yaponiya arasında sülh sazişi yoxdur. Lakin bu o demək deyil ki, həmin ölkələr arasında əməkdaşlıq yoxdur. Sülh müqaviləsi olmayacaq, amma Ukrayna 10-15 il ərzində iqtisadiyyatını, sosial həyatını, ordusunu gücləndirəcək. Gələcəkdə itirilmiş torpaqların qaytarılmasına şans yaranacaq".
Oxşar xəbərlər
Naxçıvanın taleyini dəyişəcək layihə: Alimlər TRIPP-in böyük dəyişiklik vəd etdiyini açıqladı
23:11 11.08.2026
Sülh sazişi Vaşinqtonda imzalanacaq - Amerikalı professor "Şərq"ə tarix də açıqladı
22:32 11.08.2026
Xəbər lenti
Hamısına bax
“17 nömrəli əfsanə”: Tixonovdan əvvəl Ştirlits necə idi?
11:05 12.08.2026
Mədəniyyət
Kolumbiyada fəlakət rejimi elan edilib
10:58 12.08.2026
Dünya
“Dinamo” “Qarabağ”la oyun üçün Bakıya gəldi
10:50 12.08.2026
Futbol
Naxçıvanın inkişafı üçün 258 milyon manat ayrıldı
10:22 12.08.2026
Gündəm
İlon Mask Böyük Britaniyanı almağın qiymətini soruşub
10:20 12.08.2026
Dünya
37 nəfər Almaniyadan Azərbaycana geri gətirilib
10:17 12.08.2026
Cəmiyyət
Simonyan üçüncü dəfə evlənir - Paşinyan toya gələcəkmi?
09:56 12.08.2026
Region
Yol polisi uşaqlarla bağlı hərəkət iştirakçılarına müraciət edib
09:42 12.08.2026
Cəmiyyət
Azərbaycan neftinin qiyməti 96 dollara yaxınlaşır
09:38 12.08.2026
İqtisadiyyat
Yuxuda qapının açılmaması nə deməkdir?
08:48 12.08.2026
Maraqlı
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman