Pezeşkian Azərbaycana səfərinin əməkdaşlıq üçün yeni imkanlar yaradacağına ümid edir
Yusif Nəzərli
07:30 23.04.2025
Siyasət
367
Azərbaycan və İran xalqları arasında münasibətlər minilliklərə söykənən dərin dostluqlara əsaslanır.
APA xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian Bakıya səfəri ərəfəsində İranla Azərbaycan arasında ümumi məsələlər üzrə yekun koordinasiya və icmal iclasında bildirib.
Pezeşkian İran İslam Respublikası və Azərbaycan Respublikası xalqları arasında qədim tarix, mədəni və dini ortaq dəyərləri vurğulayıb: “Sərhədin hər iki tərəfindəki xalqların minillikləri əhatə edən dərin maraq və dostluqlara əsaslanan geniş qarşılıqlı maraqları var”.
O, iki ölkə arasındakı münasibətlərdə mövcud olan bəzi anlaşılmazlıqların və problemlərin həlli istiqamətində irəli sürülən fikirlərə də toxunub: “İki ölkə və iki xalq arasında qarşılıqlı əlaqələrin sahələri və imkanları çox geniş, dərin və rəngarəngdir. Onlar arasında mövcud münasibətlərin bərpası prosesinin davam etməsi ilə biz bu inkişafın qısa müddətdə və ciddi şəkildə yaxşılaşdığının şahidi olacağıq”.
İran Prezidenti eyni zamanda, səfərinin iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacağına ümid etdiyini bildirib: “Aparılan məsləhətləşmələr və görülən hazırlıq işləri nəzərə alınmaqla, bu səfər hökumət, özəl sektor və dövlət sektorları arasında iqtisadi, ticarət, mədəniyyət, turizm və siyasi sahələrdə əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq və sürətləndirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol
Beyləqanda 15 yaşlı oğlan kanalda boğulub
19:36 07.08.2026
Hadisə
Beyləqanda su kanalında çimən yeniyetmə boğulub
19:04 07.08.2026
Hadisə
Mirziyoyev və Tramp ikitərəfli münasibətləri müzakirə ediblər
18:47 07.08.2026
Dünya
Ruslar nə qədər uzaq olsa, o qədər yaxşıdır - Navrotski
17:51 07.08.2026
Dünya