
Aeroport taksilərində rəqabətsiz mühit və sosial narazılıq artır -RƏYLƏR
12:57 24.09.2025
Cəmiyyət
482
Osman Gündüz: Dövlət şirkətinə süni üstünlük verilməsi yolverilməzdir
Eldəniz Cəfərov: Monitorinq nəticələri dəyişikliklərə yol aça bilər
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətində yaranmış vəziyyətin ədalətli və bərabər hüquqların təmin olunması məqsədilə Ombudsman aparatında monitorinqi aparılıb. Monitorinq nəticəsində müəyyən olunub ki, tətbiq olunan yeni qaydalar qiymətlərin süni şəkildə artırılması, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılması, lisenziyalı taksi sürücülərinə bərabər şəraitin yaradılmaması, eləcə də sürücülərin iqtisadi itkilərlə üzləşməsi və sosial narazılıqların artmasına səbəb olur. Bu məsələlər AZAL-ın beynəlxalq standartlara uyğun tənzimləmə qərarları ilə birlikdə nəzərdən keçirilir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov mövzunu Sherg.az-a şərh edib:
"AZAL beynəlxalq təcrübəyə əsaslanaraq təyin etdiyi şərtlərə uyğun olan taksilərin hava limanı ərazisində fəaliyyət göstərməyini və hava limanından sərnişin götürməsini qərara aldı. London taksiləri istisna olmaqla, həmin şərtlərə əməl edən taksi şirkətləri hazırda hava limanından sərnişin qəbul edə bilirlər. Monitorinqin nəticələri müvafiq qurumlara təqdim edildikdən sonra orada müəyyən dəyişikliklər ola bilər. Bu dəyişikliklərin hansı istiqamətdə olacağını, dəyişib-dəyişməyəcəyini indidən söylə bilmərik. Bu, digər qurumların hesabatı qəbul edib verdikləri qərardan asılı olacaq".
Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz isə hava limanında dövlətə məxsus taksi şirkətinin-“Bakı Taksi Xidməti”-nin hökmranlığı prosesinin uğurla başa çatdığını söyləyib:

"Digər taksilər, özəl sektora məxsus olanlar Aeroport ərazisindən şəhərə sərnişin apara bilməyəcəklər.
Dövlət taksiləri üçün tarifləri də təsdiqləyiblər. Əvvəlki 10-15 manatlıq gediş haqqı indi dövlət taksilərilə şəhər ərazisinədək məsafədən asılı olaraq 25-30 manat müəyyən edilib.
Azərbaycan Hava Yolları öz açıqlamasında bu addımı, müvafiq təlim keçməyən taksi sürücülərinin olmasının, hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsinin onun işgüzar nüfuzuna mənfi təsir göstərməsilə izah edib. Rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir. Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabətsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər Rəqabət Məcəlləsinin tələblərinə ziddir.
Həm Azərbaycan Hava Yolları, həm də “Bakı Taksi Xidməti” şirkəti AZCON Holdinq tərkibinə daxildir.
Biz AZCON Holdinqdən gözləyirdik ki, Aztelecom-a təsir edərək minimal internet qiymətlərini dəyişdirəcək və heç olmasa regionlar üçün seçim imkanları yaradcaq. Amma bu gözləntinin əvəzinə AZCON özünün bir qurumu vasitəsilə digər qurumuna-“Bakı Taksi Xidməti”nə biznes üçün üstün şərait yaradıb və ona bazarda hökmran mövqe qazandırıb.
Görünən budur ki, AZCON öz tərkibində olan dövlət şirkətlərinin bazarda üstün, hökmran mövqe tutmasında maraqlıdır.
Ekspert ombudsmanın məsələ ilə bağlı çıxışını təqdirəlayiq addım adlandırıb:
"Aeroport rəhbərliyi digər özəl taksi şirkətlərindən istifadə, həmçinin onlara sifariş vermək üçün Aeroport ərazisində heç bir xüsusi yer müəyyən etməyib. Ümid edirəm Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də baş verənlərin fərqindədir. Ombudsmanın bu məsələdə çıxış etməsi təqdirəlayiq addımdır. Çünki ilk dəfə olaraq iqtisadi və rəqabət hüquqlarının pozulması insan hüquqları müstəvisində gündəmə gətirildi. Bu, həm sərnişinlərin seçim azadlığının, həm də sürücülərin sahibkarlıq hüquqlarının müdafiəsi baxımından çox önəmli bir mövqedir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehranda qisas bayrağı qaldırıldı
12:38 06.07.2026
Gündəm
İraq Qaanini “arzuolunmaz şəxs” elan etdi
12:32 06.07.2026
Dünya
Sabah Bakıda 30, rayonlarda 37 dərəcə isti olacaq
12:24 06.07.2026
Ekologiya
Şri-Lankada həbsxanada üsyan olub, ölən və yaralananlar var
11:59 06.07.2026
Dünya
Şuşada çərkəz musiqiləri ifa edilib
11:35 06.07.2026
Mədəniyyət
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm