Azərbaycanda ilk dəfə İslam istiqrazlarının buraxılması üçün hüquqi çərçivə hazırlanır
06:47 06.10.2025
İqtisadiyyat
495
Azərbaycanda İslam istiqrazlarının – sukukun tətbiqi üçün hüquqi və tənzimləyici çərçivə hazırlanır.
"APA-Economics"in əldə etdiyi məlumata əsasən, layihə Azərbaycan Mərkəzi Bankının müraciəti əsasında İslam İnkişaf Bankı İnstitutu (IsDBI) tərəfindən İslam maliyyəsi qrantı hesabına həyata keçiriləcək.
Layihə çərçivəsində Azərbaycanda sukuk və digər İslam maliyyə məhsullarının buraxılışını tənzimləyən qanunvericilik bazası hazırlanacaq, maliyyə institutlarının risklərin idarə olunması sahəsində potensialı gücləndiriləcək, İslam maliyyəsinin inkişafını izləmək üçün monitorinq mexanizmi yaradılacaq və yekunda ölkənin ilk sukuk emissiyası həyata keçiriləcək.
Layihə çərçivəsində Azərbaycanın kapital bazarının hazırkı vəziyyəti qiymətləndiriləcək, Malayziya, İndoneziya, Bəhreyn, BƏƏ, Qazaxıstan, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrin təcrübəsinə əsaslanan benchmark araşdırması aparılacaq. Daha sonra Milli Sukuk Çərçivəsi, Şəriət və korporativ idarəetmə qaydaları hazırlanacaq. Bununla bağlı tədbirlərin icrası 15 ay müddətində həyata keçiriləcək.
Qeyd edilib ki, bu təşəbbüs Azərbaycanın maliyyə sektorunda ilk dəfə İslam istiqrazlarının tətbiqini təmin etməklə, kapital axınını artırmağa, investor bazasını genişləndirməyə və infrastruktur layihələrinin maliyyələşdirilməsinə şərait yaradacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol