“Türkçülük Araşdırmaları Dərgisi” nəşrə başlayıb
12:50 07.10.2025
Media
513
Elm və fikir dünyasında mühüm hadisə – “Türkçülük Araşdırmaları Dərgisi” həm mətbu, həm də rəqəmsal formatda nəşr olunaraq oxucuların ixtiyarına verildi.
Sherg.az xəbər verir ki, dərginin baş redaktoru tarixçi alim, Xəzər Universitetinin müəllimi Dr. Odər Əlizadədir. Redaktor vəzifəsini Dr. Özləm Seyhan, yazı işləri müdiri vəzifəsini isə Sevda Nur Kayğı icra edir. Nəşr, Kamuran Şefik Kıraca Vəqfi qeydiyyatında və Kürşat Kırcanın imtiyaz sahibliyində fəaliyyətə başlayıb.
Dərginin ilk sayı 20 sentyabrda başa çatan Qarabağdakı antiterror əməliyyatına həsr olunub. Bu xüsusi buraxılışda Qarabağ zəfəri tarixi, siyasi və ideoloji baxımdan geniş işıqlandırılaraq, türk dünyasının müasir çağırışları və milli kimlik məsələləri ilə əlaqələndirilib.
Qeyd edək ki, dərginin elmi nəşr heyətində türk dünyasının müxtəlif universitetlərindən tanınmış alimlər yer alır. Redaksiya heyəti növbəti saylarda da beynəlxalq səviyyədə yeni araşdırmaların oxuculara təqdim olunacağını bildirir.
Nəşrin mətbu nüsxəsini əldə etmək mümkün olduğu kimi, rəqəmsal versiyasına da rəsmi internet səhifəsi vasitəsilə ödənişsiz şəkildə daxil olmaq olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya