Çində koronavirusdan ölənlərin sayı artmaqdadır. Son məlumatlara görə ötən gün ərzində daha 64 nəfər həyatını itirib. Ölüm xəbərləri təkcə Çinlə məhdudlaşmır.
Artıq Hon-Konq və Cənubi Koreyada da koronavirusdan ölənlər var. Tailandda da koronavirusa 6 yoluxma faktə qeydə alınıb. Alimlərsə dünyanı lərzəyə gətirən koronavirusun qaynağını tapmaq üçün araşdırmaları davam etdirirlər. Elm adamları koronavirusun yarasalardan keçən başqa bir virusla yüzdə 96 faiz oxşarlıq daşıdığını artıq təsbit ediblər. Bununla bağlı elmi jurnalda məqalə nəşr edilib. Bildirilir ki, 2003-cü ildə Çindən dünyaya yayılmış SARS virusu heyvandan insana keçmişdi. Rusiya isə “Triazavirin” preparatının koronavirus üzərində təsirini araşdırmağa başlayıb. Çinin Uhan bölgəsindəki koronavirus dəhşətinə səbəb olduğu ehtimal edilən Uanan dəniz məhsulları bazarı isə Çin hökuməti tərəfindən bağlanıb və hər cür ət satışına qadağa qoyulub. Qeyd edilir ki, bu bazarda 112 adda ekzotik dəniz və çöl heyvanlarınını əti satılırmış. Alıcılar hansı heyvan ətindən almaq istəyisə, yerindəcə təzə-təzə kəsdirimiş. Bu bazarda ən murdar heyvan ətləri də satılır. Siçan ətindən tutmuş, hər cür həşəratlar, koala, hətta canavar balalarının əti də. Bu bazarın natəmizlik içində olmasını əks etdirən fotoları görəndə koronavirusun belə bir yerdə yayılması heç təəccüblü deyil.
Məlahət