Dünyada COVID-19-dan ölənlərin sayı 1.5 milyonu keçdi

Dünyada COVID-19-dan ölənlərin sayı 1.5 milyonu keçib.
APA "worldometers"ə istinadən xəbər verir ki, bununla koronavirusdan ölənlərin sayı 1 500 271-ə çatıb.
Məlumata əsasən, virusa yoluxanların sayı 64 897 870, xəstəlikdən sağalanların sayı isə 44 993 631 nəfərdir.
Qeyd edək ki, koronavirusdan ən çox ölüm halı ABŞ, Braziliya və Hindistanda qeydə alınıb.